Qaynar xətt:

(+99450) 247 90 86

Lavrov Səudiyyə Ərəbistanının vəliəhdi ilə görüşüb

DÜNYA

1082

18.02.2025, 17:58

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ər-Riyadda Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə görüşüb.

 

Oxu24.com xəbər verir  ki,bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ABŞ və Rusiya nümayəndə heyətləri arasında danışıqlar baş tutub.

 

Görüş bir sıra iqtisadi layihələr üzrə əməkdaşlığın bərpasına, o cümlədən Ukrayna nizamlanması üzrə mümkün təmasların hazırlanmasına və iki ölkə prezidentləri arasında görüşlərin təşkilinə həsr olunub.

 

Rusiya nümayəndə heyətini Rusiya liderinin köməkçisi Yuri Uşakov və Lavrov təmsil edib.

 

Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Rusiya və ABŞ arasında Ər-Riyadda aparılan danışıqlar ilkin məsləhətləşmələrdir və onların məqsədi tərəflərin əsas mövqelərini müəyyən etməkdir.

 

Nigar